Home Food müştəri məmnuniyyətini ön planda saxlayır və məhsullarımızın keyfiyyətinə zəmanət verir. Məhsulun geri qaytarılması üçün aşağıdakı qaydaları nəzərə almağınızı xahiş edirik:
1. Məhsulun çatışmazlığı və ya zədələnməsi
• Əgər məhsulun qablaşdırması zədələnmiş, yararsız vəziyyətdə və ya istifadə üçün uyğun olmayan halda sizə çatdırılmışdırsa, həmin məhsulu geri qaytara bilərsiniz.
• Geri qaytarma üçün məhsulun alınma tarixindən etibarən 24 saat ərzində bizimlə əlaqə saxlamalısınız.
2. Çek təqdimatı
• Geri qaytarılma üçün məhsulun alınma çekini təqdim etməyiniz tələb olunur.
3. Məhsulun istifadəyə yararlılığı
• Məhsul açılmamış və istifadə edilməmiş olmalıdır. Qida məhsullarının gigiyenik tələblərinə görə açılmış və istifadəyə başlanmış məhsullar geri qaytarılmır.
4. Geri qaytarılma prosesi
• Problemi təsvir edən qısa bir məlumatla birlikdə məhsulun şəkilini təqdim etməyinizi xahiş edirik.
• Problemin təsdiqlənməsindən sonra məhsulun dəyəri geri ödəniləcək və ya yeni məhsulla əvəz olunacaq.
5. Xüsusi hallar
• Dondurulmuş məhsulların saxlanma və daşınma qaydalarına əməl edilməməsi səbəbindən yaranan zədələr (məsələn, məhsulun əriməsi) geri qaytarılma üçün qəbul edilmir.
Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Sizin məmnuniyyətiniz bizim üçün önəmlidir!